“Muğanbank”ın ən çox hansı sahəyə krediti verdiyi məlum olub.
FED.az xəbər verir ki, bank bu ilin 9 ayının nəticələrinə görə, ən çox krediti biznes sahəsinə verib.
Eləcə də bax:«Muğanbank» ASC nizamnamə kapitalını artırır – BANKDAN AÇIQLAMA
Belə ki, “Muğanbank” biznes sahəsinə 189 milyon 163 min manat kredit verib ki, bu da ötən ilin sonu ilə müqayisədə 10 milyon 502 min manat və ya 5,87% çoxdur.
Bank ikinci ən çox krediti daşınmaz əmlak sektoruna ayırıb. Maliyyə təşkilatının hesabatına görə, daşınmaz əmlak sektoruna 102 milyon 616 min manat kredit verib ki, bu da ötən ilin yekun nəticəsi ilə müqayisədə 3 milyon 865 min manat və ya 3,91% çoxdur.
Yuxarıda göstərilən iki sahədən fərqli olaraq “Muğanbank” ötən ilin sonu ilə müqayisədə istehlak sahəsinə ayırdığı kreditləri azaldıb. 2018-ci ilin yekun hesabatında bankın 82 milyon 764 min manat məbləğində istehlak krediti verdiyi məlum idi. Lakin bu ilin 9 ayının hesabatına görə, bank 54 milyon 550 min manat kredit verib ki, bu da ötən ilin yekunu ilə müqayisədə 28 milyon 213 min manat və ya 34,08% azdır.