Son bir ildə «Muğanbank»da çalışanların sayı 10% artıb.
FED.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin sonunda bankda 550 nəfər çalışdığı halda 2022-ci ilin sonunda bu rəqəm 605 nəfərə yüksəlib.
Belə ki, 2022-ci il 1-ci rübünün sonunda bankda 548 nəfər, 2-ci rübün sonunda 565 nəfər, 3-cü rübün sonunda 587 nəfər, 4-cü rübün sonunda isə 605 nəfər çalışıb.