"Muğanbank" ASC 01 İyun 2020-ci il tarixindən etibarən manatla olan yeni tarifləri sizə təqdim edir.
Belə ki, müştərilər banka minimum məbləğ 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 10.0 faiz dərəcəsi ilə "Avans", minimum məbləği 1000 AZN olmaqla, 12 ay müddətinə, illik 12.0 və 11.0 faiz dərəcəsi ilə "Meqa", minimum məbləğ 500 AZN olmaqla, 6 və 3 ay müddətinə, 8.0 və 6.0 faiz dərəcəsi ilə "Qısa müddətli", minimum məbləği 500 AZN olmaqla, 1 aydan çox müddətinə, illik 4.0 faiz dərəcəsi ilə "Tələbli" əmanəti yerləşdirə bilərlər. Müştərilərə yerləşdirdikləri "Avans" əmanətləri üzrə faizlər müddətin əvvəlində, "Qısa müddətli" və "Tələbli" əmanətləri üzrə faizlər aylıq, "Meqa" əmanətdə isə müddətin sonunda və aylıq olaraq ödəniləcəkdir.Əmanət şərtləri haqqında daha ətraflı məlumatla bankın rəsmi internet səhifəsində (www.muganbank.az) tanış olmaq olar.Nəzərinizə çatdırmaq istəyirik ki, Muğanbank-da yerləşdirdiyiniz əmanətlər ADİF(Azərbaycan Əmanətlərin Sığortalanması Fondu)tərəfindən sığortalanır.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.