“Muğanbank” ASC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda böyük əzm və şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 100 000 Manat vəsait köçürmüşdür.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.
“Muğanbank” ASC korporativ sosial məsuliyyət prinsiplərinə daim sadiqdir.
Əminik ki, Qələbə çox yaxındır! Qarabağ Azərbaycandır!