“Muğanbank" ASC-də yeni təyinat olub.
Bankdan FED.az-a bildirilib ki, 03.12.2019-cu il tarixdən etibarən Nağıyeva Nigar Rasim qızı Ödəniş sistemləri və təcili pul köçürmələri departamentinin direktoru vəzifəsinə təyin edilib.
Eləcə də bax: “MuğanBank”a yeni təyinat olub – TRANSFER
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Eləcə də bax: "Expressbank"da - YENİ TƏYİNAT OLUB
“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.