Muğanbankın daxili strukturunda dəyişiklik baş verib. Bankdan verilən məlumata əsasən, bankda “İstehlakçılarının Müraciətlərinin Hüquqi Tənzimlənməsi Departamenti” yaradılıb. Adı çəkilən departamentə Orxan Ağamoğlanov direktor təyin edilib.
Qeyd edək ki, Orxan Ağamoğlanov əvvəlcədən bankın hüquq departamentində fəaliyyət göstərib.
bbn©