Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulmuşdur.
Eləcə də bax: “Muğanbank” həssas əhali qruplarına dəstəyini - Davam Etdirir
FED.az xəbər verir ki, hər zaman əhalinin sosial rifahını düşünən “Muğanbank” ASC yeni il ərəfəsi yardımları ilə 14 aztəminatlı vətəndaşı sevindirdi. Aztəminatlı şəxslər öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avandanlıq və ləvazimatlarla təmin edilmişdir. Bununla da, “Muğanbank” ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.