Muğanbank uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərində, eləcə də Şamaxı və Astara rayonlarında yaşayan aztəminatlı ailələrə avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etmişdir.
Kişi bərbərxanası, təlim-tədris mərkəzi, avtomobil şinlərinin təmiri və bərpası ilə məşğul olan 7 vətəndaş müvafiq avadanlıqlarla təmin edilib. Bununla da, Muğanbank tərəfindən şəhid ailələrinə, qazilərə və həssas əhali qruplarına dəstək göstərilmiş, sahibkarlıq işinin təşkili üçün şərait yaradılmışdır.
“Muğanbank” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulmuşdur.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya https://muganbank.az saytı vasitəsilə mümkündür.