"Muğanbank" nizamnamə kapitalını artırır
13:06
7 Noy 2016
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 40 000 ədəd adi səhmlərin əlavə buraxılışı (AZ1001005466 qeydiyyat nömrəsi) dövlət qeydiyyatına alınıb.
Bu barədə Palatadan məlumat verilib.
Emissiyanın ümumi həcmi 8 mln. manat təşkil edir. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.
Qeyd edək ki, yerləşdirmə uğurla başa çatdığı təqdirdə "Muğanbank"ın nizamnamə kapitalı 14% artaraq 65 mln. manata çatacaq.