«Muğanbank» ASC 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank 3-cü rübü 649,9 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, «Muğanbank» bu ilin 1-ci rübünü 1 milyon 824,2 min manat, 2-ci rübü isə 2 milyon 774,6 min manat zərərlə başa vurmuşdu.
ELƏCƏ DƏ BAX: «AGBank»ın vəziyyəti məlum oldu – BANK HESABATI
Bu ilin ilk 9 ayında bankın kreditlər üzrə faiz gəlirləri 29 milyon 176 min manat, qiymətli kağızlardan faiz gəlirləri 1009,6 min manat təşkil edib. Bankın faiz xərcləri 18 milyon 786 min manat təşkil edib. Nəticədə NETTO faiz gəlirləri 11 milyon 400 min manat olub.
Bundan kreditlər üzrə zəruri ehtiyatların yaradılması üçün 4 milyon 297,4 m in manat ayrılıb. Nəticədə xalis faiz gəliri 7 milyon 102,3 min manat olub.
İlk 3 rübdə Bankın qeyri faiz gəlirləri 10 milyon 973,7 min manat, qeyri-faiz xərcləri 1 milyon 793,8 min manat təşkil edib.
Bu dövrdə bank xarici valyuta əməliyyatlari üzrə 1 milyon 910 min manat xalis mənfəət əldə edib. Nəticədə bankın ümumi əməliyyat gəlirləri 11 milyon 90 min manat olub.
İşçı heyətini saxlanılması xərcləri (10 milyon 642 min manat) və ümumi inzibati və sair əməliyyat xərclərini (6,9 milyon manat) çıxdıqda bank ilk 3 rübü 649,89 min manat mənfəətlə bağlayıb.
Hazırda bankın cəmi aktivləri 560 milyon 494 min manat, 491 milyon 485 min manat, cəmi kapitalı 69 milyon 9 min maat təşeil edir.
ELƏCƏ DƏ BAX: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR