“Muğanbank” ASC artıq bir müddətdir mətbuatda müzakirə olunan “Muganbank Maliyyə-Hub” layihəsinin şərtlərini açıqladı.
Eləcə də bax: “Muğanbank” ASC “Muganbank Maliyyə - Hub” Layihəsini Açıqladı
FED.az xəbər verir ki, yeni layihə kiçik və orta sahibkarlara hərtərəfli dəstəyi özündə ehtiva edən bir ekosistem olacaq. Ən əsası isə Hub yaradıcısı olaraq Muğanbank, “Maliyyə Hub”-a qoşulmuş fiziki şəxs sahibkar və hüquqi şəxslərə dövriyyələrindən asılı olaraq aylıq əsasda maliyyə dəstəyi göstərəcək.
“Muganbank – Maliyyə Hub”-ın əsas üstünlüklərindən biri də “FinHub”-a qoşulmuş üzvlərə bir aydan üç aya kimi ödənişsiz maliyyə-mühasibat xidmətlərinin göstərilməsidir. Ödənişsiz maliyyə xidmətlərinin müddəti vergi ödəyicisinin növündən asılı olaraq aşağıdakı qaydada dəyişəcək.
- Fiziki şəxs sahibkarlar - 3 ay
- Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) - 2 ay
- Hüquqi şəxslər (ƏDV ödəyiciləri) - 1 ay
Ətraflı məlumat üçün https://hub.muganbank.az/ daxil ola bilərsiniz.