Ölkənin aparıcı banklarından olan «Muğanbank» 2020-ci ilin ilk rübü üzrə hesabatını açıqlayıb.
FED.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bank faiz gəlirləri 7 milyon 301 min manat, faiz xəcləri 5 milyon 491 min olub. Bankın xalis faiz gəliri 1 milyon 810 min olub.
“Muğanbank”ın qeyri-faiz gəlirləri 4 milyon 505 min manat, qeyri-faiz xərcləri 6 milyon 935 min manat olub.
Bankın gəlirləri xəclərindən az olduğu üçün 620 min manat əməliyyat zərəri yaranıb. Bank mümkün zərərlər üçün 680 min manat ayırma etdikdən sonra 2020-ci ilin ilk rübünü 1 milyon 300 min manat zərərlə başa vurub.
Birinci rübün sonunda Bankın cəmi aktivləri 605 milyon 734 min manat, öhdəlikləri 519 milyon 489 min manat olub. Bu dövrdə bankın kapitalı 86 milyon 245 min manat təşkil edib.
Birinci rübdə Bankın kredit portfelində artım olub. Kredit portfeli 3,3% və ya 12 milyon 161 min artaraq 378 milyon 228 manat olub. Bankın depozit portfeli 19% və ya 63 milyon 664 min manat azalaraq 271 milyon 58 min olub.