“Muğanbank” ASC-nin baş ofisində 30 Aprel tarixində nəzərdə tutulan “Muğanbank Çek”-in 33-cü tirajının vaxtının təxirə salınması haqqında qərar qəbul edilib.
Eləcə də bax: “Muğanbank”dan həssas əhali qruplarına - DƏSTƏK
FED.az xəbər verir ki, bankın yaydığı məlumata görə, tiraj 15 May 2020-ci il tarixdə keçiriləcəkdir.
Təxirəsalmada məqsəd, təhlükəli koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə çərçivəsində həyata keçirilən profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, vətəndaşların kütləvi toplaşmasının qarşısının alınmasıdır.
“Muğanbank Çek” Muğanbank ASC-nin məhsuludur. İldə 8 dəfə, hər 45 gündən bir tiraj keçirilir, tirajda dövriyyədə olan bütün çeklər iştirak edir və hər bir çekin 100 AZN-dən 10.000 AZN-dək (100 AZN, 250 AZN, 500 AZN, 1 000 AZN, 2 500 AZN, 5 000 AZN, 10 000 AZN) uduş şansı var. Hər bir çekin nominal dəyəri 50 AZN-dir. Çeklərin alışı zamanı tiraj günündən sonrakı ilk 15 günlük aralıqda komissiya 1% (yəni 50 qəp), ikinci 15 gün ərzində 2% (yəni 1 manat), üçüncü 15 gün ərzində isə 3% (yəni 1.5 manat)-dir.
“Muğanbank Çek“i Muğanbank ASC-nin baş ofis, istənilən filial və şöbələrindən əldə edə bilərsiniz.