“Muğanbank” ASC-nin 01 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən AZ1001005466 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi məbləği 5 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 25 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi tam başa çatmışdır.
FED.az xəbər verir ki, yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 102,5 mln manatdan 107,5 mln manata çatmışdır.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 27 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan "Belt and Road Bankers Roundtable Mechanism" (BRBR - "Bir Kəmər-Bir Yol" Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.