“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Eləcə də bax: "Muğan Bank" maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏTLƏ İŞLƏYİB
FED.az xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 milyon manat və yaxud 4,9% artırılaraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdırılmasından sonra baş verib.
Belə ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd yeni adi, sənədsiz, adlı səhmin hamısını “Muğan Bank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev əldə edib. Bununla da, o, Bankdakı payını 66,17%-dən 67,74%-ə çatdırıb.
Əvəzində digər 3 səhmdarın payı azalıb. Belə ki, Maqbet Mehdiyevin payı 12,14%-dən 11,58%-ə, Vəfa Vəliyevanın payı 11,17%-dən 10,65%-ə, Fəridə Mehdiyevanın payı isə 10,52%-dən 10,03%-ə düşüb.