“Muğan Bank” ASC-nin İdarə Heyəti sədrinə 2 müşavir təyin edilib.
FED.az Banka istinadən xəbər verir ki, bunlardan biri hüquqi məsələlər üzrə müşavir Sahib Daşdəmirov, digəri isə bank məhsullarının yaradılması və satış kanallarının inkişafı üzrə müşavir Kamran Qasımovdur.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Eləcə də bax: "AtaSığorta" rəhbərliyinə yeni təyinatlar olub - "ÖZ XAHİŞI İLƏ..." - RƏSMİ AÇIQLAMA
@report