“Muğan Bank” ASC ötən ili 707 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 8,308 milyon manat zərərlə çıxmışdı.
Eləcə dı bax: “Muğanbank” "Qarabağ Dirçəliş Fondu"na - 100 MİN AZN Köçürdü
FED.az xəbər verir ki, ötən il “Muğan Bank”ın gəlirləri 45,858 milyon manat (illik müqayisədə 21,3% az), xərcləri 48,078 milyon manat (14,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,927 milyon manat (əvvəlki il ehtiyyat yaradıb) təşkil edib. Bank ötən il mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 590,906 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 328,018 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 8,3% kiçilib.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 12,2% azalaraq 504,027 milyon manata, o cümlədən depozit portfeli 16,7% azalaraq 278,682 milyon manata, balans kapitalı isə 0,2% azalaraq 86,879 milyon manata düşüb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 102,5 milyon manatdır. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.