“X bank” QSC məhkəmə qaydasında müflis elan olunub. Bu halda mövcud vergi borclarına görə müəssisənin əmlakları siyahıya alına bilərmi?
Müflis bankın dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri tam məbləğdə ödəniləcək
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlakı siyahıya alınmır.
Əsas: Vergi Məcəlləsinin 89.15-1-ci maddəsi