“Xalq Bank” ASC tənzimləyicinin kapitalın adekvatlığına olan tələblərini yerinə yetirir. FED.az İnterfax-a istinadən xəbər verir ki, nu barədə “Moody`s” reytinq agentliyi qeyd edir.
“1 may tarixinə bankın məlumatına görə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 14,5%, kapitalın adekvatlıq əmsalı 15,4% təşkil edib, bu da tənzimləyicinin müvafiq olaraq 5% və 10% səviyyəsində minimal tələblərinə uyğundur”, - deyə agentlik bildirib.
Buna baxmayaraq, “Moody`s” “Xalq Bank”ın kapitallaşmasını ehtiyatların nisbətən aşağı səviyyəsi nöqteyi-nəzərindən “sadə” kimi qiymətləndirir.
“2016-cı ilin sonuna bankın ümumi kredit portfelində vaxtı ötmüş kreditlərin payı 14,7%, təkrar strukturlaşdırılan kreditlərin payı 24,6% təşkil edib”, - deyə agentlik vurğulayır.
“Moody`s” qeyd edir ki, bankın kredit portfeli növbəti 12-18 ay ərzində ehtiyat fondu üçün əlavə xərclər tələb edir. Çünki kreditlərin və borcların ödənilməsinə 7,9% səviyyəsində ehtiyatlar kredit risklərinin ödənişi üçün kifayət olmayacaq.
“Əsas ssenariyə əsasən, yüksək kredit xərcləri səbəbindən bank cüzi gəlirli və ya zərərsiz olacaq”, - deyə məlumatda deyilir.