“Moody’s” beynəlxalq reytinq agentliyi “Bank of Baku” ASC-nin Baza Kredit Qiymətləndirməsini “b3”, uzunmüddətli milli və xarici valyutada olan depozitlərin “B3” təsdiq edib. Banker.az xəbər verir ki, agentlik bu barədə 13 aprel tarixindəki rəydə bildirir.
FED.az xəbər verir ki, “Moody’s” yeni qiymətləndirmənin pandemiya fonunda “Bank of Baku”nun kredit portfelinin dayanıqlığını əks etdirdiyini bildirib.
“Bankın uzunmüddətli yerli və xarici valyutada bank əmanətləri reytinqləri üzrə proqnozunu “sabit”dən “pozitiv”ə doğru dəyişməsi yaxın 12-18 ayda avtonom kredit portfelinin yaxşılaşdırılmasını əks etdirir”.
Agentlik bankın hesabatlarına istinadla qeyd edir ki, 2020-ci ilin sonuna olan hesabatda 90 günlük gecikmiş kreditlərin həcmi cəmi kredit portfelin 8%-ni təşkil edir.