Xəbər verildiyi kimi, «Moody's Ratings» reytinq agentliyi Azərbaycanın 5 aparıcı bankının reytinqlərini yeniləyib.
FED.az xəbər verir ki onların arasında bank sektorunun ən fəal üzvlərindən olan «Bank Respblika» da var. Bankın reytinqinin artırılması ilə yanaşı, «Moody's Ratings» hesab edir ki, «Bank Respublika» artıq ölənin maliyyə sektoru üün sistem əhəmiyyətli banka çevrilib.
«Moody's Ratings»in elan etdiyi son reytinqlərə əsasən, «Bank Respublika»nın uzunmüddətli BCA-nı b2 səviyyəsində, uzunmüddətli yerli və xarici valyutada depozit reytinqləri isə Ba1-dən Ba2-yə qaldırılıb, eləcə də «Bank Respublika»ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnozlar «sabit»dən «müsbət»ə dəyişdirilib.
Agentlik bildirir ki, bankın uzunmüddətli depozit reytinqlərinin B2-dən B1-ə yüksəldilməsi ona lazım olarsa, dövlət dəstəyinin verilməsi ehtimalının yüksəldiyini əks etdirir. «Moody's Ratings»in ekspertləri «Bank Respublika»ya dövlət dəstəyinin ehtimalını "aşağı"dan "orta" səviyyəyə yüksəldiblər.
Agentlik bankın həm bank sektoru, həm də ölkə üzrə əhəmyyətinin artdığını qeyd edir. «Bank Respublika» 2024-cü ilin may ayının sonuna 4,4% bazar payı ilə aktivlərinə görə ölkənin beşinci ən böyük bankıdır.
Agentlik bildirir ki, Bankın böyük bazar paylarının sübut edilmiş davamlılığı və bu bankın bank sistemi, eləcə də bank sistemi üçün əhəmiyyəti, bundan başqa, Azərbaycanda defoltların həlli praktikasında əldə etdiyi hüquqi irəliləyişlər deməyə əsas verir ki, stress halında Azərbaycan Hökumətinin «Bank Respublika»nın əmanətçilərinə dəstək olma ehtimalı yüksəkdir. Bu dəstək o deməkdir ki, bankın uzunmüddətli depozit reytinqlərinin b2 BCA səviyyəsindən bir pillə yüksəlməsilə nəticələnir.
Bank Respublika-nın b2 BCA-sı 2023-cü ilin sonuna cəmi 1,4% problemli kreditlər, geniş likvidlik və son illərdə nümayiş etdirilən sabit gəlirlilik, geniş, 7%-dən yuxarı faiz marjası ilə dəstəklənən möhkəm aktiv keyfiyyəti ilə dəstəklənir. Bankın bu güclü tərəfləri və yüksək biznes artımı (TCE/RWA 2023-cü ilin sonunda 8,3% təşkil edib), əsas iri əmanətçilərdən yüksək asılılıq fonunda və zəif kapital mövqeyinə qarşı balans yaradır.
«Bank Respublika»nın uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnoz həm (1) bankın maliyyə profilinə, xüsusən də kapitala təzyiqin azaldılmasına fayda verəcək artımın mötədil olacağına dair gözləntilərimizi, həm də (2) əməliyyat mühitindəki yaxşılaşmaların bankın ödəmə qabiliyyəti profilinə müsbət təsir göstərəcək və yaxın 12-18 ay ərzində onun biznes kreditləşdirmə modelini dəstəkləyəcəy ilə bağlı gözləntiləri əks etdirir.