Moody's beynəlxalq reytinq agentliyi 01 iyul 2016 – 01 yanvar 2017-ci il tarixlərini əhatə edən növbəti hesabatında “Bank of Baku”-nun reytinqinin dəyişməz olaraq qaldığını və bankın bazardakı mövqeyini qoruyub saxladığını təsdiq edib.
Bankdan FED.az-a verilən məlumata görə, agentliyin açıqlamasında Bankın əsas maliyyə göstəriciləri – məcmu kapitalın adekvatlığı, likvidlik səviyyəsi və ehtiyatların ümumi həcminin müsbət olduğu vurğulanıb.
2015-ci ilin ortalarından etibarən xərclərin optimallaşdırılması nəticəsində Bank of Baku-nun 2016-cı ildə xərclərinin gəlirə nisbəti keçən illə müqayisədə 35.5%-dən 25.6%-ə qədər azaldılmışdır. Ötən dövrlə müqayisədə, həmçinin bankın məcmu kapitalında və likvidliyində müsbət artım tendensiyası qeydə alınıb. Belə ki, 01 yanvar 2017-ci il tarixinə olan göstəriciyə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 22.90 % təşkil edir ki, bu göstərici Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən çoxdur. Bankın gözlənilməz xərclərə qarşı kifayət qədər kapitalının olduğunu hesabatda xüsusilə qeyd edən Moody’s likvidlik əmsalının da növbəti 12-18 ay ərzində yüksək qalacağını proqnozlaşdırır. Belə ki, Bankın 2016-ci ildə fəaliyyəti nəticəsində likvidlik əmsalı 24.1%-dən 37.4%-ə qədər artmışdır.
Bütün bu faktorları əsas götürərək, Moody’s Reytinq agentliyi Bank of Baku-nun reytinqini stabil olaraq B3 səviyyəsində qaldığını təsdiq edib.
Fəaliyyətini müştərilərinə yaxın bankçılıq prinsipi əsasında quran Bank of Baku 23 il ərzində qazandığı etibarın qorunub saxlanılması, xidmət səviyyəsinin təkmilləşdirilməsi və bazardakı mövqeyinin daha da gücləndirilməsində israrlıdır.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
Moody’s: Bank of Baku öz reytinqini qoruyub
16:09
31 Yan 2017