"Moody’s" beynəlxalq reytinq agentliyi koronavirus pandemiyası (COVID-19) və ucuzlaşan neft fonunda Azərbaycanın bank sistemi üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişib.
Eləcə də bax: “Moody’s” ucuz neftin - AZƏRBAYCANA TƏSİRİNDƏN YAZDI
FED.az xəbər verir ki, ölkədəki bankların gəlirliyi, borcların konsolidasiya olunması və itkiləri ödəmək üçün xərclərin artması səbəbindən zəifləyəcək. Bununla belə, dövlətin bank sisteminin ölçüsünə nisbətən böyük ehtiyatlara sahib olması bu sektorun, xüsusən də ən böyük bankları dəstəkləmək bacarığı güclü və stabil qalacaq.
"Moody’s" qeyd edir ki, iqtisadiyyatın və kiçik və orta bizneslərin dəstəkləməsi tədbirlərinə baxmayaraq, problemli kreditlər və təminat haqlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir və bunun əsas səbəbi kimi, şirkətlər və fərdlərin qəfil pisləşən iqtisadi vəziyyətlə üz-üzə qalması göstərir.
"Moody’s" onu da vurğulayıb ki, 2019-cu ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən toplanan ümumi ehtiyatlar ÜDM-in təxminən 90%-nə bərabər olub və dövlət iqtisadiyyata və bank sisteminə dəstək vermək üçün yaxşı maliyyə mövqeyinə sahibdir.