«Moody’s» reytinq agentliyi Azərbaycan iqtisadiyyatı, eləcə də bank, maliyyə və vergi sistemi üçün riskləri və irəliləyişləri elan edib. FED.az xəbər verir ki, şirkətin hesabatının qısa icmalında ümumi tendensiyalar əksini tapıb.
Beləliklə, «Moody’s» bildirir ki,
— Ölkənin maliyyə sistemi əvvəlki kimi dayanıqsızdır, əmanətçilərin etimadından və məzənnə dəyişiklikləri qarşısındakı risklərə həssasdır.
— Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün imkanlar məhduddur. İnstitusional məhdudiyyətlər və geosiyasi gərginlik var.
Bununla yanaşı, «Moody's Investors Service» bildirir ki, Azərbaycanın maliyyə və bank sektorunda (Ba2 sabit) davam edən islahatlar sektorun kredit qabiliyyətini artıracaq.
Agentlik vergi sektorunda aparılan islahatları da yüksək qiymətləndirir və bildirir ki, bu islahatlar hökumətin aktivlərini artıracaq.
Dövlət borcları sahəsində aparılan strategiya 2018-2025-ci illərdə Azərbaycanın dövlət borcunun azalmasına şərait yaradacaq.
Bank sektorunda riskli aktivlər azalır, əvəzində sektorun kapitalizasiyası 2014-2017-ci illərlə müqayisədə artır, kreditlər poblemi isə azalmaqdadır. Bank sektorunda normativ tələblərin sərtləqdirilməsi bu müsbət tendensiyanın davam etməsinə kömək edir.
Agentlik hesab edir ki, vaxt keçdikcə, maliyyə sektorunda davam edən islahatlar prudensial nəzarət, bank nəzarəti və informasiya mübadiləsinin keyfiyyətini artıracaq.
Bununla yanaşı, banklara etimadın məhdud olması və dollarlaşmanın hələ də yüksək səviyyədə qalması söktor üçün təhlükədir.
Ölkədəki ümumi iqtisadi vəziyyətə və perspektivlərə gəlincə, «Moody's Investors Service» bildirir ki, qarşıdakı on il ərzində iqtisadiyyat və dövlət gəlirləri hələ də neft-qaz sektorundakı proseslərdən, o cümlədən neftin qeyri-sabit qiymətindən çox asılı olacaq.
«Moody's Investors Service» hesab edir ki, Azərbaycanda iqtisadi diversifikasiya (yəni şaxələndirmə – FED.az) imkanları məhduddur və turizm, nəqliyyat və logistika ilə məhdudlaşır.
Əvvəlki kimi, institutsional problemlər, vərdişlərin yüksək səviyyədə çatışmazlığı, məhkəmə proseslərinə münasibətdə qeyri-müəyyənlik və müqavilələrin icra edilməsindəki problemlər qalmaqdadır.
«Moody's Investors Service» ölkə iqtisadiyyatı üçün problemlər kimi, böyük daxili holdinqlərin dominantlığını, Dünya Ticarət Təşkilatına üzvlüyuün olmamasını və Ermənistanda münaqişənin həll edilməməsini də qeyd edir.