Bank

Moody’s agentliyi Bank of Baku-nun reytinqini - YENİDƏN YÜKSƏLTDİ

Moody’s agentliyi Bank of Baku-nun reytinqini - YENİDƏN YÜKSƏLTDİ | FED.az
08:46 15 Aprel 2021

Moody’s beynəlxalq reytinq agentliyi 2021-ci ilin ilk rübünün nəticələrinə dair dərc etdiyi son hesabatında, “Bank of Baku”-nun reytinqini yenidən yüksəldərək proqnozunu “stabil”dən “pozitiv”ə dəyişmişib.  

Hesabat dövründə pandemiya şəraitinin yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Bank kredit portfelinin dayanıqlı inkişafını təmin etmiş və sağlam kreditləşmə həyata keçirərək, gəlirlərini yüksəltməyə nail olub.

Məhz bu inkişaf göstəricilərinə əsaslanaraq, agentliyin analitikləri bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini yenidən dəyərləndirərək, pozitivə yüksəldib, eyni zamanda, bankın baza kredit qiymətləndirməsini B3 səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli kontragent risk reytinqini və uzunmüddətli kontragent risk qiymətləndirməsini B2 səviyyəsində stabil olaraq saxlayıb.

“Qeyd edək ki, "Moody’s” ekspertlərinin bankın reytinqi ilə bağlı verdiyi pozitiv qiymətləndirmə ölkəyə dair olan pozitiv baxışlarının nəticəsidir”-deyə bankdan bildirilib.

Banner

Digər xəbərlər