"Moody`s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini "Ba3" bəndindən "B1" bəndinədək endirib.
FED.az APA-ya istinadən xəbər verir ki, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi "Ba3" bəndindən "B1" bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə "B1" bəndindən "B2" bəndinədək aşağı salınıb.
Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi "Not-Prime" səviyyəsində təsdiqlənib.
Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.