“Moody's” beynəlxalq reytinq agentliyi "Bank VTB (Azərbaycan)" ASC-nin reytinqini geri çağırıb.
FED.az apaya istinadən xəbər verir ki, “Moody's” bundan sonra bankın depozit reytinqi, baza kredit qiymətləndirilməsi, risk qiymətləndirilməsi ilə bağlı reytinq verməyəcək.
Reytinqin geri çağırılmasının maliyyə məsələləri ilə bağlı olduğu bildirilib.
"Bank VTB (Azərbaycan)" ASC-nin nizamnamə kapitalı 50,815 mln. manatıdır. Bankın səhmdarları "Bank VTB"(51%), "Bank VTB24" (48,9999%) və bir fiziki şəxsdir (0,0001%).