Əgər əvvəllər müştərilər bankları sadəcə kredit və depozit faizlərinə görə seçirdisə və ya evlərinə ən yaxın olan banka getməyi üstün tuturdusa, hazırda müştərilər bankın texnoloji nailiyyətləri tətbiq etməsi, onlayn, sms bankinq, mobil bankinq, cash in xidmətlərinin tətbiqi kimi xüsusiyyətlərə əhəmiyyət verirlər. Bütün bunlar insanların öz vaxtlarını daha düzgün qiymətləndirmək niyyəti ilə bağlıdır.
Bu xidmətlər içərisində mobil bankinq ən vacib yerlərdən birini tutur. Belə ki, indi hamı öz işini elə telefondaca həll etməyə maraqlıdır. Mobil bankinq sizə hansı imkanları təklif edir.
- Kommunal xidmətlərin ödənişi
- Mobil operator xidmətlərinin ödənişi
- İnternet provayderlər xidmətlərinin ödənişi
- Pulun kartdan karta köçürülməsi
- Kartın bloklaşdırılması
- Hesabdan çıxarışın alınması
- Kartın balansı haqqında informasiyanın alınması
Sistemin üstünlükləri
- • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
- • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
- • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
- • Banka müraciət etmədən qoşulma imkanı
- • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı
Bəs banklar tərəfindən Mobil Bankinq xidmətindən istifadəyə nə qədər xidmət haqqı tutulur?
Bank |
İllik xidmət haqqı (AZN) |
AccessBank |
pulsuz |
AFB Bank |
pulsuz |
AGBank |
pulsuz |
Amrahbank |
10 |
ASB Bank |
pulsuz |
Atabank |
pulsuz |
Azər Türk Bank |
pulsuz |
Bank Avrasiya |
pulsuz |
Bank BTB |
pulsuz |
Bank of Baku |
pulsuz |
Bank Respublika |
pulsuz |
Bank Silk Way |
8 |
Beynəlxalq Bank |
pulsuz |
Kapital Bank |
pulsuz |
Muğanbank |
pulsuz |
NBC Bank |
pulsuz |
Nikoil Bank1 |
pulsuz |
Paşa Bank |
pulsuz |
Rabitəbank |
pulsuz |
Turanbank |
12 |
Unibank |
pulsuz |
VTB Bank Azərbaycan |
pulsuz |
Xalq Bank |
10 |
Yapı Kredi Bank Azərbaycan |
pulsuz |
- Nikoil Bank-ın Visa Platinum kartında Mobile Banking xidməti pulsuz təqdim olunur,digər kartlarda isə İllik xidmət haqqı 10 AZN təşkil edir.İnternet Banking isə hər bir kartda İllik xidmət haqqı 10 AZN təşkil edir