YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub.
FED.az xəbər verir ki, bankın İdarə Heyətinin üzvü Miraç Baran Altınel işdən çıxıb.
Onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, hazırda Bankın İdarə Heyətinin sədri Cenk Yükseldir. İdarə Heyətinin üzvləri isə E. Özgür Şeşen, Şəhla Səmədova və Teymuraz Əmirovdur.