“Mir” plastik kartları tezliklə Azərbaycanda da əl çatan olacaq. Belə ki, "Mir" kartlarının qəbuluna dair texniki iş artıq başa çatıb. Bu da icazə verəcək ki, “Mir” kartları vasitəsi ilə əməliyyatlar həyata keçirilsin deyə Milli kart ödəniş sisteminin yaydığı məlumatda deyilir.
FED.az xəbər verir ki, məlumatda qeyd olunur ki, “Mir” kartlarının Azərbaycanda qəbulu üçün artıq bütün texniki işlər görülüb. Azərbaycan bu sahədə ilk pilot bank isə VTB Azərbaycan olacaq deyə məlumatda bildirilir.
Rusiya Federasiyası Milli Ödəniş Kartları Sisteminin sədri Vladimir Komlevin sözlərinə görə, layihənin Azərbaycan tərəfindən texniki tərəfdaşı Azericard olacaq.
Vladimir Komlevin sözlərinə görə, Azərbaycan rusiyalı turistlərin səfər ediyi lider ölkələr sırasındadır , həmçinin iki ölkə arasında olan pul dövriyyəsi də artmaqdadır. Bu da iki ölkə arasında bu layihəni daha aktual edir deyə o vurğulayıb.
Vladimir Komlevin onu da qeyd edib ki, “Mir” ödəniş sistemi Azərbaycanda bankomat və POS-terminal şəbəkəsi olan bütün banklarla əməkdaşlıq edəcək.
Həmçinin o da vurğulanıb ki hazırda Rusiyada emissiya olunun "Mir" kartlarının ümumi məbləği 58 mlndur.
“Mir” plastik kartları Azərbaycanda da əl çatan olacaq – Artıq texniki işlər başa çatıb
16:05
17 May 2019