Azərbaycanın ən böyük özəl bankı olan «Paşa Bank»ın səhmdarları dəyişib.
FED.az xəbər verir ki, bankın səhmdarlarının sırası genişlənib və bura daha bir şəxs daxil olub.
Bu – ötən ilin sonunadək «Paşa Holdinq»ə rəhbərlik etmiş Mir Camal Paşayevdir.
Hazırda bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), ADOR MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).