«Nikoil Bank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “Nikoil Bank”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 26% azalaraq 50,2 mln. manat, faiz xərcləri 51,2% azalaraq 15,2 mln. manat, qeyri-faiz gəliri 94,2% azalaraq 1,2 mln. manat, qeyri-faiz xərcləri 45% azalaraq 14,7 mln. manat təşkil edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri 410,7 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 1,7% azdır. Bunun 292,1 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 7,5% artım müşahidə olunub.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 7,5% azalaraq 369,5 mln. manat təşkil edib ki, bunun da 229 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 15,1% azalma müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 121,3% artaraq 41,2 mln. manat təşkil edib.
Xatırladaq ki, «Nikoil Bank»ın əsas səhmdarı Rusiyanın "Lukoyl" neft şirkətinin sahibi, azərbaycanlı milyardçı Vahid Ələkbərovdur.
Milyonçunun kasıb bankı - “Nikoil Bank”dan hesabat
08:44
7 Noy 2017