Azərbaycanda milli valyutada verilən kreditlərin faiz dərəcələrinin ən yüksək olduğu iqtisadi rayonlar məlum olub.
FED.az xəbər verir ki, ümumi portfel, eləcə də qısamüddətli və uzunmüddətli kreditlər üzrə faizlər bəzi regionlarda aşağıhəddədir.
Cəmi (Ümumi portfel) üzrə ən aşağı faizlər:
Siyahıya Bakı iqtisadi rayonu başçılıq edir – 14,22% (18 346 538 min manat).
İkinci yerdə Naxçıvan iqtisadi rayonu qərarlaşıb – 15,23% (493 312 min manat).
Abşeron-Xızı iqtisadi rayonu 16,92% (1 155 277 min manat) faiz dərəcəsi ilə üçüncü sırada yer alıb. Gəncə-Daşkəsən iqtisadi rayonunda bu rəqəm 18,02% (867 096 min manat) olub.
İlk beşliyi Quba-Xaçmaz iqtisadi rayonu (18,31% və ya 497 844 min manat) tamamlayır.
Qısamüddətli kreditlər üzrə:
Lider Bakı iqtisadi rayonudur – 14,15% (3 660 789 min manat).
Naxçıvan iqtisadi rayonu 14,89% (12 743 min manat) ilə ikinci olub.
Şərqi Zəngəzur iqtisadi rayonu 15,20% (4 513 min manat) göstərici ilə üçüncü yerdə qərarlaşıb. Abşeron-Xızı iqtisadi rayonu 16,23% (62 350 min manat) nəticə ilə dördüncüdür.
Beşliyi Mil-Muğan iqtisadi rayonu (16,83% və ya 31 097 min manat) tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Burada da lider Bakı iqtisadi rayonudur – 14,24% (14 685 749 min manat).
Naxçıvan iqtisadi rayonu 15,24% (480 570 min manat) göstərici ilə ikinci olub.
Abşeron-Xızı iqtisadi rayonu 16,95% (1 092 927 min manat) nəticə ilə üçüncü yerdə qərarlaşıb. Gəncə-Daşkəsən iqtisadi rayonunda faiz 18,01% (827 208 min manat) təşkil edib.
Siyahını Quba-Xaçmaz iqtisadi rayonu (18,30% və ya 479 394 min manat) tamamlayır












