Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Millət vəkilinin sözlərinə görə, sözügedən sənədi banklar hazırlasa, öz maraqlarından çıxış edəcəklər: “Təklif edirəm ki, ya ayrıca qanun layihəsi hazırlansın, ya da Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun”.
"Report"