2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bankların mikro sahibkarlığa verdiyi kreditlərin portfeli 3 milyard 287,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Mikro kreditlərin portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 515,2 milyon manat, yəni 18,6%, ötən ilin sonuna nəzərən 180,3 milyon manat, yəni 5,8%, aylıq müqayisədə isə 85,6 milyon manat, yəni 2,7% artıb.
Xatırladaq ki, mikro sahibkarlığın kredit portfeli bu ilin iyulun 1-nə 3,202 milyon manat, ötən ilin sonunda 3,107,3 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 2,772,4 milyon manat təşkil etmişdir.