"Expressbank" müştərilərin sevimli "Expresso" kartının dizaynını yenilədi. Yarandığı gündən bir sıra üstünlükləri ilə rəqiblərindən seçilən "Expresso" kartı müştərilər tərəfindən xüsusi rəğbət qazanmışdır.
FED.az xəbər verir ki, yeni və müasir dizayn karta olan marağın daha da artırılmasına xidmət etməlidir.
Eləcə də bax: "Expressbank" təbiətin qorunmasını - DƏSTƏKLƏYİR!
Xatırladaq ki, "Expressbank" müştəriləri "Expresso" kartlarını növbəti üstünlüklərinə görə sevirlər:
- Ölkədaxili alış-veriş nöqtələrində ödəniş zamanı 30%-dək cashback
- Kartdakı pulun debit qalığına illik 3% gəlir
- Expressbank ATM-lərində komissiyasız nağdlaşdırma
- Təmassız ödəmə imkanı (ödəniş məbləği 50 AZN-dək olduqda)
- 3D Secure xidməti ilə təhlükəsiz alış-veriş
- "ExpressPay" terminalı ilə hesaba mədaxil.
Bununla "Expresso" kartının təqdim etdiyi imkanlar bitmir. Müştərinin rəsmi gəlirləri əsasında "Expresso" kartı vasitəsilə kredit xətti də rəsmiləşdirmək mümkündür.
"Expresso" kartı həmçinin banka getmədən https://www.expressbank.az/cards linki üzərindən rahatlıqla online sifariş etmək mümkündür.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.