Almaniyanın ən böyük bankı “Deutsche Bank” idarəçilərinə bir aylıq maaş verməməyi təklif edib. Bəzi rəhbərlər bu istəyə mənfi cavab veriblər.
FED.az xəbər verir ki, bankın keçirdiyi iclasda rəhbərlərin şirkətin vəziyyətinə görə bir aylıq maaşlarından imtina etmələri vurğulanıb. Bank bir aylıq maaşın verilməməsini könüllülük əsaslarla aparılacağını bildirib.
Xəbərə görə “Deutsche Bank”ın direktorlar şurası və idarəetmə komitəsi könüllü maaş proqramını daha geniş auditoriyaya yaymağa hazırlaşır. Bu fürsəti orta səviyyəli menecerlərə də verildiyi bildirilir.
1 milyon avrodan çox qazanan 583 personal var
Almaniya iqtisadiyyatı tarixinin ən yaxşı dövrlərindən birini yaşasa da, “Deutsche Bank” investisiya bankçılığı sahəsindəki problemlərə görə, koronavirusa hazırlıqsız bir dövrdə yaxalanıb. Bank 2022-ci ilə qədər 18 min işçinin işinə xitam verməyə hazırlaşır. Şirkətdə illik əmək haqqı 1 milyon avrodan çox olan 583 personal var.
Maaşının azaldılması istənilən aparıcı bir menecerin, qərardan məmnun olmadığı deyilir. Adını açıqlamaq istəməyən başqa bir yüksək səviyyəli bank işçisi "Bank bizdən hədiyyə istəyir" deyib.