“AccessBank” işə qəbulda yeni metodun tətbiqinə başlayıb.
Eləcə də bax: “AccessBank” şəxsi biznesini quranlar üçün - DƏSTƏYİNİ DAVAM ETDİRİR
FED.az xəbər verir ki, belə ki, Covid-19 pandemiyası səbəbindən müsahibələrdə iştirak etməkdə çətinlik çəkən namizədlər “AccessBank”da intervyuya “Zoom” video platforması üzərindən qatıla bilirlər. “AccessBank”ın İnsan Resursları departamentinin komandası bu yolla həm namizədlərin evdə qalmaqla sağlamlığı qoruyur, həm də onların müsahibəyə ayırdığı vaxta qənaət edir.
Son 2 ay ərzində 123 namizəd bu yolla “AccessBank”ın İnsan Resursları departamentində müsahibəyə qatılıb. Onlardan 22 nəfər müsahibəni uğurla keçərək, işə qəbul olunub.