İnformasiya texnologiyaları və mobil rabitə bazarının inkişafı nəticəsində dünya bazarında maliyyə xidmətlərinə çıxış üçün alternativ kanallar yaranmışdır. Onlar evi, ofisi tərk etmədən və yaxud şəhərdən kənar istirahətdə olanda belə ödəniş etmək, qohum və dostlara pul köçürmək, pul qalığına nəzarət etmək, kreditləri ödəmək və depozitləri artırmaq imkanı verir.
Həmin alternativ çıxış kanallarından fəal istifadə etməklə siz bank ofislərinə illərlə ayaq basmadan praktiki olaraq məhdudiyyətsiz və hətta daha aşağı komissiya ilə onun bütün məhsul və xidmətlərindən yararlana bilərsiniz.
Maliyyə xidmətlərinə alternativ çıxış kanalları dedikdə müştərinin maliyyə məhsul və xidmətlərinə çıxış əldə etməsi üçün müxtəlif seçimlər başa düşülür. Həmin xidmətlərdən faydalanmaq üçün aşağıdakı üç əsas seçimi qeyd edə bilərik:
İnternet | Mobil şəbəkələr | Xüsusi çıxış cihazları |
Maliyyə xidmətlərinə alternativ çıxış kanalları bir sıra üstünlüklərə malikdirlər:
Rahatlıq | Sürət | Əlçatımlıq |
Xidmətdən dünyanın istənilən nöqtəsindən istifadə etmək imkanı | Məsafədən idarə olunan kanallar vasitəsilə xidmətlərin ödənilməsi həmin anda həyata keçirilir | Məsafədən edilən ödənişlərin xidmət haqqı yüksək deyil, adətən pulsuz olur |
Yetkinlik yaşa çatmış əhalinin böyük hissəsi əmək haqqı, pensiya, müavinət və pul köçürmələri almaq üçün kartlardan istifadə edirlər. Onların əksəriyyəti artıq kartlarla işləyən cihazlardan və xidmətlərdən istifadə etməyə alışmışlar:
- Bankomat (ATM): pul çıxarılması üçün əsas və ən geniş yayılmış, habelə müxtəlif xidmətlərin ödənilməsi üçün istifadə olunan cihazdır;
- POS-terminal və köşklər (ödəniş terminalları): bu kanal müəyyən dükan və alış-veriş mərkəzlərində minimal periferiya avadanlığı ilə təmin olunan, mal və xidmətlərin haqqının ödənilməsini mümkün edən POS-terminallar, həmçinin kommunal ödənişlər üçün Cash-in terminallarını (köşk) nəzərdə tutur;
- Zəng-mərkəzləri – hal-hazırda təklif etdiyi xidmətlərin siyahısı çox məhdud olan kanallarından biridir, lakin kartla problem (zərər, oğurluq, yararsızlıq, və s.) faydası əvəzedilməzdir.
Yuxarıda qeyd olunan və geniş yayılmış kanallardan əlavə, maliyyə institutları ilə əlaqə üçün digər, texnologiyaya daha çox əsaslanan imkanlar da mövcuddur.
- İnternet bankçılıq: internetdən istifadə edərək bank hesablarının onlayn idarə edilməsinə imkan verən müasir, geniş funksiyalı sistemdir. Bu xidmətlər kifayət qədər təhlükəsiz və dünyanın hər hansı bir yerində 24/7 rejimdə əlçatandır. İnternet bankçılıqının əsas funksiyaları vəsaitlərin köçürülməsi, kreditlərin ödənilməsi, depozitlərin açılması və artırılması, kommunal xidmətlərə görə ödənişlərin edilməsi, hesablar və kartlar üzrə limitlərin idarə olunmasıdır;
- Mobil bankçılıq: hesabların, kartların, kreditlərin və depozitlərin vəziyyəti barədə məlumat almaq, habelə mobil telefondan istifadə edərək ödənişlər, pul sifarişləri və digər əməliyyatlar etmək imkanı verir. Mobil bankçılıq istənilən vaxt və yerdə maliyyə əməliyyatları aparmağa imkan verdiyi üçün istifadədə çox rahatdır. Bu xidmətdən istifadə etmək üçün smartfona sahib olmaq və internetə qoşulmaq tələb olunmur. Qısa mesajların ötürülməsi zamanı istifadəçi ilə xidmət proqramı arasında informasiya mübadiləsinin qurulmasına imkan verən SMS və ya USSD (Unstructured Supplementary Service Data) kanalları vasitəsilə məlumat almaq və göndərməklə maliyyə əməliyyatlarını idarə etmək mümkündür.
- Elektron pul kisəsi (cüzdan): dünyada yayılmış bank hesabı açmadan elektron pulların saxlanmasına və virtual ödənişlərin həyata keçirilməsinə imkan verən xidmətdir. Elektron pul kisəsi sizə kommunal, rabitə xidmətləri, oyunlar, onlayn mağazalarda müxtəlif alış-veriş, plastik kartlardan pul kisəsinə və geri pul köçürmələrinə və kredit ödənişləri etməyə imkan verir. Bu xidmət növü də smartfonsuz və internetsiz istifadə edilə bilər.
Maliyyə xidmətlərinə alternativ çıxış kanallarının istifadəsində ən vacib məsələ məlumat istifadəsinin təhlükəsizliyini təmin etməkdir. Hazırda məlumatın təhlükəsizliyi üçün bir neçə pilləli yanaşma tətbiq olunur:
Elektron-rəqəmsal imzalar | Unikal birdəfəlik SMS açar sözlər | Sistemə daxil olması haqqında SMS- bildiriş | Müəyyən əməliyyatlar üzrə məhdudiyyətlər |
Bütün təhlükəzislik qaydalarına riayət etdikdə, bu cür müdafiə alətləri onlara kənar müdaxiləni və vəsaitlərinizin oğurlanmasının qarşısını alır.
Nağdsız əməliyyatlar da daxil olmaqla, maliyyə əməliyyatlarını həyata keçirən şəxslərin həmişə diqqətli olması və elektron imzalar və açar sözlərdən istifadə qaydalarını yadda saxlaması lazımdır. Təhlükəsizlik qaydaları ilə bağlı daha ətraflı məlumatla xidmət göstərən şirkətin veb səhifəsində, xidmətlərə onlayn qoşulduqda imzalandıqdan əvvəl xidmət müqaviləsində tanış olmaq olar. Suallarınızın yaranması halında qayda və şərtlərin yazılı mənbəyini müəyyən etmək üçün üçün şirkətlərin zəng mərkəzi (call-center) ilə əlaqə saxlamağınız məsləhət görülür.