“Merkuri” Bank Olmayan Kredit Təşkilatı, 23-30 yaş arası, ali təhsilli, işgüzar xanımları məlumat xidmətinin mütəxəssisi - reseption vakansiyası üçün müsabiqəyə dəvət edir.
Tələblər:
• Ali iqtisadi təhsil
• Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
• MS Office proqram paketinin tətbiqi üzrə yaxşı səviyyədə biliklər
• Kargüzarlıq sahəsində biliklər
• Məsuliyyətli və işində dəqiq
• Düzgün şifahi nitq qabiliyyəti, müştəriləri inandırmaq bacarığı;
• Danışıqlar aparmaq, təqdim etmək bacarıqları;
• Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
• Təzyiq altında işləmə bacarığı
Əsas vəzifə və öhdəliklər.
• Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
• Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
• Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi
• Kredit sifarişləri və digər sifarişlər üzrə müştərilərlə əlaqə saxlayıb onların satışa cəlb edilməsi
• Arxiv işinin təşkili
Müsabiqədə iştirak etmək üçün müraciət blankını saytımızdan əldə edərək (http://merkuri.az/aze/index.php/en/haqq-m-zda) və yaxud da hazır cv formalarınızı [email protected]email ünvanına göndərə bilərsiniz.
Merkuri işçi axtarır – VAKANSİYA
20:09
8 İyul 2019