“Merkuri BOKT” MMC istiqrazlarının emissiya prospektinə dəyişiklik edib.
FED.az xəbər verir ki, cəmiyyətin 04/2019 nömrəli təsisçi qərarına əsasən 16 Oktyabr 2015-ci il tarixində, AZ2001019754 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların emissiya prospektinin II.5-ci və II.19.II-cu bəndinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib.
Eləcə də bax: Banklar əhalidən əmanəti 12 faizlə götürür, krediti 25 faizlə verir- MÜSAHİBƏ
Belə ki, istiqrazların emissiya prospektinin II.5. bəndində istiqrazlar üzrə gəlirliyin illik 15%-dən 19%-ə dəyişdirilməsi və II.19.II. bəndində istiqrazlar üzrə faizlərin ödənilmə müddəti və qaydasına dəyişiklik edilərək istiqraz üzrə faizlərin aylıq olaraq ödənilməsi qərara alınıb.
AR Maliyyə Bazarlarına Nəzarət Palatası istiqrazlar üzrə illik gəlirin və faizlərin ödənilmə müddətinin dəyişdirilməsi ilə “Merkuri BOKT” MMC-nin 16.10.2015-ci il tarixli AZ2001019754 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların emissiya prospektinin II.5-ci və II.19.II-cu bəndinə edilən dəyişiklikləri dövlət qeydiyyatına alıb.