"Müşahidələrimiz göstərir ki, Azərbaycan iqtisadiyyatı son geriləmədən sonra tədricən bərpa olunur".
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.
Eləcə də bax: 500 şirkət bizdə hesab açıb - BANKDAN AÇIQLAMA
O, yaxın 2 il üçün bir sıra proqnozlar da səsləndirib: “Yaxın 2 ildə ölkədə qiymət artımının 3,3% təşkil edəcəyini, qeyri-neft sektorunda 2,7% artım olacağını gözləyirik. İcmal büdcənin profisiti ümumi daxili məhsulun 5,3%-nə bərabər olacaq. Neft gəlirlərinin artması cari hesabın profisitin artıraraq onu ÜDM-in 10%-nə bərabər edəcək”.
IMF rəsmisi onu da deyib ki, ölkədə büdcənin konsolidasiyası siyasəti davam etdirilməlidir: “Zənnimcə, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı qərarları uğurlu addımdır”.