Azərbaycan Mərkəzi Bankının bu günə dövriyyədə 852,43 milyon manatlıq notu var.
FED.az quruma istinadən xəbər verir ki, bu, aprelin 25-i ilə müqayisədə 21,94 milyon manat və yaxud 2,51% azdır.
Son 1 həftə ərzində AMB-nin notlarının illik gəlirliliyi isə 2,15 faiz bəndi azalaraq 6,76%-ə düşüb.
Xatırladaq ki, tənzimləyici qurumun İdarə Heyətinin qərarı ilə bu həftədən Azərbaycanda faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azaldılıb.
Eləcə də bax: Azərbaycanın ABŞ-da fəaliyyət göstərən startapı 10 mln. dollar investisiya cəlb edəcək