4 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103576S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5158 AZN (6.04%) və 99.5185 AZN (6.01%) olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 879,094,700.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5185 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5185 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
170 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 03.01.2020