Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarını açıqlayıb. FED.az AMB-nin 28 iyun 2019-cu il tarixinə hesabatına istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatı 5 milyard 939,4 milyon dollar təşkil edir.
Məlumat üçün bildirək ki, may ayının sonu ilə müqayisədə iyunda AMB-nin valyuta ehtiyatları 68,5 milyon dollar artıb.