Azərbaycan Mərkəzi Bankının strukturunda dəyişiklik edilməklə İqtisadi maarifləndirmə şöbəsi ləğv edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, həmin şöbənin əsas funksionallığı İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinə ötürülüb
Eləcə də bax: Mərkəzi Bankın valyuta ehtiyatları - 6 MİLYARD DOLLARI KEÇİB
Həmçinin bildirilib ki, şöbənin əsasnaməsinə görə, bu strukturda vəzifəyə təyin etmə və azad etmə hüququ AMB sədrinə (Elman Rüstəmov) məxsusdur.
Qeyd edək ki, Şöbənin fəaliyyətinin əsas məqsədi ölkədə iqtisadiyyat və maliyyə üzrə müasir bilik və bacarıqların formalaşmasını, yayılmasını və bu istiqamətdə bütün işlərin səmərəli təşkilini təmin etmək idi.