Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB)nin keçirdiyi tenderdə qalib gəlmiş sığorta şirkətlərinə nə qədər vəsait ödədiyi məlum olub.
FED.az olaraq bir müddət əvvəl tenderin qaliblərinin adlarını açıqlamışdıq.
Eləcə də bax: İsveçrə banklarında pulu olan azərbaycanlıların kimliyi - AÇIQLANACAQ
AMB-dən FED.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, Mərkəzi Bank əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə tender elan edib.
Əsas vəsaitlərin sığortası üzrə “Ata Sığorta” ASC 95 360 manat, nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC 176 800 manat, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “Qala Sığorta” ASC 34 326 manat qalib elan edilib. Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.