Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və onun bütün səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına ötürülüb.
FED.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi
Eləcə də bax:Maliyyə Palatası ləğv edildi - PREZİDENTDƏN SƏRƏNCAM
dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə təsis edilmişdi. Fərmana əsasən, həmin vaxt fəaliyyət göstərən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin səlahiyyətləri və əmlakı Palataya verilmişdi. Bundan başqa, bankların fəaliyyətinə nəzarət səlahiyyətləri də Mərkəzi Bankdan alınaraq Palataya həvalə edilmişdi.
İndi isə dövlət başçısının sərənamı ilə bütün bu səlahiyyətlər Mərkəzi Banka ötürülür.
Nəticədə Azərbaycan Mərkəzi Bankı təkcə bank sektorunu deyil, bütün maliyyə sektorunu, o cümlədən sığorta və qiymətli kağızlar bazarını tənzimləmək səlahiyyətinə malik olacaq.