Mayın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101779S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət 99,4773 AZN (6.76 faiz) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224.557.200 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon AZN təşkil edib. Notlar iyunun 3-də ödəniləcək.