10 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 98.6648 AZN (5.79%) və 98.9040 AZN (4.74%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 milyon 399 min 300 manat olmuşdur.
Eləcə də bax:Borcunu ödə, ökədən çıx - SƏRHƏDDƏ YENİ SİSTEM İŞƏ DÜŞÜR
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.8470 AZN (5 %), orta ölçülmüş qiyməti 98.8621 AZN (4.93%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon manat təşkil etmişdir. Notların ödəmə tarixi 06.04.2020-dir.